Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


19.06.2021  09:42 

66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb





A+  A-

Qazax rayonunda 66 yaşlı kişi, qonşu Ağstafada isə 48 yaşlı qadın eyni gündə itkin düşüb.
XəzərNews.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Nazim Quliyev və Ağstafa rayonunda yaşayan 1973-cü il təvəllüdlü Zabella Cəfərovanın axtarışları dörd aydır ki, davam edir. Məlumata görə, cütlük fevral ayından evdən çıxıb və bu günə kimi onlardan məlumat yoxdur.

N. Quliyevin yeni tanış olduğu qadını qaçıraraq birgə yaşadıqları bildirilir.

N.Quliyev evlidir və onun itkin düşməsi barədə övladları polisə məlumat verib. Z. Cəfərova isə ailə həyatı qurmayıb, anası ilə birgə yaşayıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hər iki şəxs 2021-ci ilin fevral ayından bəri itkin kimi axtarışdadır: “Yaxınları polisə müraciət edərək onların itkin düşdüyünü bildirib. Həmin şəxslərin yerinin müəyyən edilərək tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir”.

Xəbər 1954 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +