Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


11.03.2021  11:17 

Bakıda oğul anasını amansızlıqla öldürdü





A+  A-

Martın 10-da saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan XəzərNews.az-a daxil olan məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zamin Baxşiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin predmeti olan bıçaq, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xəbər 1754 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +