Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


01.03.2021  13:35 

Narkotacir və müştəriləri saxlanıldı





A+  A-

Şəmkir rayonunda narkotik satan və alan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşları tərəfindən narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Eldəniz Şöhləyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Üzərinə baxış keçirilən zaman 0.156 qram narkotik vasitə olan, qurudulmamış “marixuana” aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni tanışı Rahil Zamanovdan 10 manata aldığını bildirib.

R. Zamanovun yeri müəyyən edilərək saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 16 ədəd müxtəlif bükümlərdə, ümumi çəkisi 8.021 qram narkotik vasitə olan, qurudulmamış “marixuana” aşkar edilib.

R.Zamanov istintaqa verdiyi ifadəsində narkotik vasitəni yaxın dostu, rayon sakini Namaz Həsənovdan əldə etdiyini bildirib.

N. Həsənov da saxlanılaraq RPŞ-yə gətirilib və üzərinə baxış keçirilən zamanı gödəkçəsinin cibindən müxtəlif bükümlərdə, ümumi çəkisi 5.981 qram narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb.

N. Həsənov ifadəsində narkotik vasitəni, işlədiyi fermanın yaxınlığında özü yetişdirdiyini bildirib. Qeyd edilən yerə polis əməkdaşları baxış keçirib və oradan ağ rəngli politelen torbada, təmiz çəkisi 3 kq 490 qram, narkotik vasitə olan, qurudulmuş “marixuana” və 12 ədəd çətənə bitkisinin kolları aşkar edilib.

Aşkar edilən maddi sübutlar ekspertiziyaya təqdim edilib, saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Xəbər 2124 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +