Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


28.05.2019  15:20 

Medvedev: “Ermənistanda çox mübahisə etdik“





A+  A-

Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əsas məsələlər üzrə mübahisələr davamlı olaraq yaranır, Hökumətlərarası Şuranın Yerevanda keçirilən iclasında da elə oldu.
XəzərNews.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev “Rossiya 24” kanalına müsahibəsində deyib.

"Mübahisələr davam edir, bu normaldır və Ermənistanda keçirilən son tədbirimizdə də həm gündəlikdəki, həm də ikitərəfli məsələlərlə bağlı olduqca uzun çəkən mübahisələrimiz oldu", - deyə Medvedev bildirib.

Rusiya Baş naziri gələcəkdə mübahisələrin Aİİ məhkəməsi tərəfindən həll ediləcəyinə ümid etdiyini bildirib.

"Mən ümumiyyətlə, məhkəmə formasından hərtərəfli istifadənin tərəfdarıyam. Bəzi hallarda, əgər razılaşmağa müvəffəq olmuruqsa və ya mövqelərimiz üst-üstə düşmürsə, bu isə ola bilər, onda yurisdiksion orqana, yəni məhkəməyə müraciət etmək və demək olar: bizim mübahisəmizi həll et", - deyə D.Medvedev qeyd edib.

Onun fikrincə, məhkəmənin qərarı yalnız o halda mötəbər olacaq ki, o, qüsursuz olacaq və hər hansı şərhlərsiz bütün tərəflər tərəfindən icra olunacaq. Məhkəmə bu mənada ən yüksək instansiya olmalıdır.

"Ümid edirəm ki, müəyyən perspektivdə bizim inteqrasiya birləşməmizin məhkəməsi də mötəbərliyin belə səviyyəsinə nail olacaq", - Medvedev qeyd edib.

O, gələcəkdə İttifaqın genişlənə biləcəyini də istisna etməyib: “Çünki üzvlük məsələsi açıqdır, artıq müşahidəçilər də var”.

Xəbər 1658 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +