Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”
Putin Zelenski ilə danışıqlara hazırdır
Premyer Liqada 23-cü tur - Öyrəndik ki...
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
Milyonlarla borcu olan biznesmen kimdir?


01.02.2017  19:17 

Əli Həsənov Səudiyyə Ərəbistanının SPA agentliyində - FOTOLAR





A+  A-


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Xəbər Agentliyinin (SPA) baş ofisində agentliyin prezidenti Abdullah bin Fəhd əl-Hüseynlə görüşüb.

Görüşdə Əli Həsənov Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müxtəlif sahələrdə əlaqələrin əhəmiyyətindən danışıb və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun İslam dünyasının problemlərinin həlli istiqamətində böyük səylərini yüksək qiymətləndirib.

Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfinin dəvəti ilə həyata keçirilən səfər Əli Həsənovun bu ölkəyə on il ərzində ikinci səfəridir. Azərbaycan Prezidentinin köməkçisi səfər zamanı Səudiyyə Ərəbistanında bütün sahələrdə böyük inkişafın şahidi olduğunu söyləyib. Əli Həsənov qeyd edib ki, bu səfər qardaş Azərbaycan və Səudiyyə Ərəbistanı rəhbərliklərinin ölkələrimiz arasında münasibətlərin, xüsusilə mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, media qurumları, o cümlədən AZƏRTAC ilə SPA arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilir.

Görüşdən sonra Azərbaycan Prezidentinin köməkçisi SPA-nın iş prosesi ilə tanış olub.

(azərtac.az)



Xəbər 1275 dəfə oxunub.




18.02.2025  15:37 

Ərdoğan Zelenski ilə görüşüb

18.02.2025  15:37 

UNEC-ə hücum olundu


BÜTÜN XƏBƏRLƏR +