Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”
Putin Zelenski ilə danışıqlara hazırdır
Premyer Liqada 23-cü tur - Öyrəndik ki...
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
Milyonlarla borcu olan biznesmen kimdir?


13.02.2025  15:49 

Dmitri Kozyura ruslara işlədiyini etiraf edib





A+  A-

Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıqda şübhəli bilinərək həbs edilən Antiterror Mərkəzinin rəhbəri barəsində aprelin 11-dək zaminə buraxılmadan həbs qətimkan tədbiri seçib.

XəzərNews.az xəbər verir ki, bu barədə fevralın 13-də Ukrayna KİV-i məlumat yayıb.

KİV-in məlumatına görə, söhbət Dmitri Kozyurdan gedir. Məhkəmə zamanı o, 2002-ci ildən Antiterror Mərkəzində xidmət etdiyini bildirib. Təhlükəsizlik Xidmət isə onun 2018-ci ildən Rusiya kəşfiyyatı ilə əməkdaşlıq etməkdə təqsirli bilir.

Prokuror bildirib ki, Kozyura iki dəfə “Signal” messencerindən FTX-yə raket hücumlarının nəticələri barədə məlumat ötürüb. Onun sözlərinə görə, qeydə alınan digər epizod dövlət sirri olan məlumatların ötürülməsidir.

Vəkil ev dustaqlığı istəyib və əlavə edib ki, Kozyura istintaqla əməkdaşlıq edir. Həmçinin, vəkilin sözlərinə görə, müttəhimə dərmanlar və yüksək qan təzyiqi təyin olunub.

Mətbuat onu da əlavə edib ki, prokuror məhkəmədən iclasın bağlanmasını istəyib, lakin məhkəmə iclası açıq saxlamaq qərarına gəlib və dövlət sirrini ehtiva edən məlumatı açıqlamaqdan çəkinməyi xahiş edib.

Xəbər 1337 dəfə oxunub.




18.02.2025  15:37 

Ərdoğan Zelenski ilə görüşüb

18.02.2025  15:37 

UNEC-ə hücum olundu


BÜTÜN XƏBƏRLƏR +