Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


29.01.2020  09:46 

Siqareti atmaq istəyənlər üçün təbii vasitələr





A+  A-

Siqaret çəkənlərin böyük qismi nə vaxtsa bu pis vərdişdən azad olmaq istəsələr də, bunu bacarmayıblar.
XəzərNews.az “MedikForum.ru”ya istinadən bildirir ki, bunun üçün bir neçə təbii vasitə var. Onları sizə təqdim edirik:

Yulaf. Bu məhsul nikotin asılılığı ilə effektiv mübarizə aparır. Yulaf siqaretə olan istəyi azaldır, həmçinin ondan imtina etdikdə də kömək edir. Siqaretdən qurtulmaq istədiyiniz dövrdə mütləq hər gün səhər yeməyində yulaf sıyığı yeyin.

Su. Siqaret çəkmək istədiyiniz an bir stəkan su için. Sübut olunub ki, bu, bir müddətlik siqaretə olan istəyi azaldır. Su təkcə əlçatmaz və təhlükəsiz deyil, həm də yüksək effektivdir.

Darçın. Yenə də, siqaret çəkmək istədiyiniz an bir qədər darçın götürün. Sadəcə bu ədviyyatı çeynəyin və böyük ehtimalla siqaretə olan istəyiniz bir müddətlik zəifləyəcək. Darçının orqanizmimiz üçün bir çox digər faydalı xüsusiyyətləri də var.

Duz. Orqanizmdə duzun həddindən çox olması xeyrimizə deyil. Lakin siqaret çəkmək istədiyiniz an duzlu nəsə yemək olar. Bu istəyiniz yetərincə tez keçəcək və bir müddət nikotin qəbul etmək yanğısı sizi narahat etməyəcək.

Alma. Bu meyvələrin tərkibində siqaret çəkdiyimiz an qanda yaranan toksinlərin səviyyəsini aşağı salan komponent – pektin var. Siqaretdən qurtulmaq istədiyiniz dövrdə mütləq müntəzəm alma yeyin.

Xəbər 1692 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +