Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


28.01.2020  12:10 

Quş qripi monitorinqlərinin nəticələri açıqlandı





A+  A-

Qida Təhlükəsiliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə bu ilin 13-17 yanvar tarixlərində keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
XəzərNews.az-a daxil olan məlumata görə, Abşeron yarımadasında, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dənizsahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı epizootoloji məlumatlar toplanaraq təhlil edilib, habelə təsadüfi qaydada ovlanmış müxtəlif növlərə aid 66 baş çöl quşundan patoloji materiallar götürülüb.

Həmçinin Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı ailə təsərrüfatlarında 250 baş müxtəlif növ quşdan, Abşeron, Biləsuvar, Salyan, Hacıqabul, Ucar, Siyəzən və Şabran rayonlarında yerləşən sənaye əsaslı iri quşçuluq müəssisələrində və kiçik həcmli kommersiya tipli 8 quşçuluq təsərrüfatında 120 baş ev quşundan qan nümunələri götürülərək seroloji monitorinqlər də keçirilib.

Monitorinqlər müddətində çöl quşlarından götürülmüş patoloji materiallar Biotəhlükəsizlik çadır tipli səhra (mobil) laboratoriyasında, ev quşlarından alınan diaqnostik nümunələr isə Biotəhlükəsizlik səyyar laboratoriyasında müayinə edilib. Müayinə zamanı quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb.

Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə rast gəlinməyib.

Xəbər 1658 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +