Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


22.08.2019  13:11 

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub





A+  A-

Bakı Ali Neft Məktəbinin (BANM) 2019/2020-ci tədris ili üzrə ali məktəbə qəbul planı birinci turdan 100 faiz dolub. Belə ki, Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilmiş “Abituriyent” jurnalının IV sayına əsasən, Ali Məktəbin bütün ixtisasları üzrə elan etdiyi yerlərin hamısı tutulub.
Bakı Ali Neft Məktəbindən XəzərNews.az-a bildirilib ki, bu il BANM-ə 150-si dövlət sifarişli, 40-ı ödənişli əsaslarla olmaqla, ümumilikdə 190 yerlik qəbul planı təsdiqlənib.

“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının hər birinə dövlət sifarişli 45 yer, ödənişli əsaslarla 10 yer ayrılıb. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə dövlət sifarişli 40 yer, ödənişli əsaslarla 10 yer, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə isə dövlət sifarişli 20 yer, ödənişli əsaslarla 10 yer müəyyən olunub.

Qeyd edək ki, Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisasları olub.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin bütün ixtisaslarında təhsil ingilis dilində əyani formada, müsabiqə Azərbaycan və rus bölmələri üzrə aparılır.

Xəbər 1051 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +