Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


29.06.2018  13:05 

Samux sakini iş yerində atəşə tutulub





A+  A-

Samux rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, mayın 15-də Samux rayonunun Qarabağlar kəndi ərazisindəki artezian quyusuna nəzarət edən gözətçi otağına atəş açılıb.

Araşdırmalarla həmin gün kənd sakinlərinə məxsus əkin sahəsində artezian quyusuna nəzarət edən Elsevər Qurbanovun olduğu gözətçi otağına gələn Adil Beybudovun ov tüfəngindən bir neçə dəfə otaq istiqamətində atəş açdığı müəyyən edilib.

Qırmalardan biri E.Qurbanovla birgə otaqda olan Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Elsevər Kazımovun boyun nahiyəsinə dəydiyindən o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Behbudov saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər 1287 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +