Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


11.05.2017  17:54 

Baş Prokurorluq redaktora xəbərdarlıq etdi





A+  A-

Baş Prokurorluq “Moderator.az” saytında 10 may 2017-ci il tarixdə dərc edilmiş “Ermənilərə işləyən qrup “Mossad”ın köməkliyi ilə de-şifrə olunub” başlıqlı məqaləyə münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumatda ermənilərə işləyən qrupun guya “Mossad” təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə dərc edilmiş həmin məlumat həqiqəti əks etdirmir:

“Sensasiya naminə yayılmış həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dərhal təkzib edilərək, düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxsin Müdafiə Nazirliyinin aidiyyəti qurumları tərəfindən aşkar edilərək ifşa olunması, eləcə də toplanmış materialların müvafiq qaydada tədbir görülməsi üçün Baş Prokurorluğa təqdim olunması barədə ictimaiyyətə açıqlama verilib.
Bundan başqa, 7 may 2017-ci il tarixdə Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribatın planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və digər mülki şəxslərin hərbi sirr təşkil edən məlumatları düşmən tərəfinə ötürmələri faktlarına görə onların cinayət məsuliyyətinə cəlb olunmaları barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ictimaiyyətə geniş açıqlama verildiyi halda, ermənilərə işləyən qrupun guya “Mossad” təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə məlumatların yayılması ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün hər cür cinayətkar qəsdlərdən qorunub saxlanılması sahəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaqla, ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Göstərilənlərlə yanaşı, ötən dövrlər ərzində kütləvi informasiya vasitələrinə dəfələrlə məlumatların rəsmi qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirildikdən sonra yayılması tövsiyə edilməsinə baxmayaraq, “Moderator.az” informasiya agentliyi bundan heç bir nəticə çıxarmayıb.

Qeyd edilənlərlə əlaqədar agentliyin redaktoru Seymur Əliyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”,-deyə rəsmi açıqlamada bildirilir.


Xəbər 1379 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +