FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


22.06.2017  15:43 

“Para“ BOKT aprel şəhidini məhkəməyə verdi - Ailəsinin evi əllərindən alınır





A+  A-

Millət vəkili Qənirə Paşayeva "Para" BOKT ASC-nin rəhbərliyinə açıq məktub ünvanlayıb.
XəzərNews.az xəbər verir ki, məktubda deyilir:

Sizə bir az əvvəl rəsmi məktubla yanaşı, bu açıq məktub da yazmaq istədim. Buna səbəb Aprel şəhidimiz Xaliq Əzizzadənin anasının bir saatdır həyacandan,əsəbdən, üzüntüdən dayanmayan gözyaşlarıdır. Çünki o, övladının bir müddət əvvəl fəaliyyətdə olan "Para Bank"dan götürdüyü pul və bankın onların başına gətirdiyi oyunlar üzündən məhkəməyə verilib və yaşadığı evi itirməklə üz-üzədir. Ən dəhşətlisi isə sizin Xətai rayon məhkəməsində qaldırdığınız iddia əsasında Aprel şəhidinin cavabdeh qismində məhkəməyə çağırılmasıdır. Doğurdanmı 1 ildən çox vaxt keçməsinə, bütün ölkənin Aprel şəhidlərini tanımasına rəğmən qurumunuzda Xaliq Əzizzadənin şəhid olması barədə xəbər yoxdur ki, onu cavabdeh qismində məhkəməyə çağırtdırırsız? Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?
"Para" BOKT ASC rəhbərliyi!
Sizə yaraşan bu şəhid ailəsini qəbul edib, problemin həlli istiqamətində addımlar atmaqdır. Şəhid anasının da söylədiyi kimi, doğurdanmı şəhidimizin Vətənimiz üçün, bizim üçün axıtdığı qanın o pul qədər dəyəri yoxdur? Məncə, siz də belə düşünürsünüz ki var. Məncə, siz də düşünürsünüz ki, şəhid anası və atası banka borc üzündən (o borcun hansı oyunlarla böyüdüyünü, qəbul etsəniz, şəhidimizin anası və atası sizə geniş izah edər. Təbii siz keçmişdə törədilmiş bu işlərdə cavabdeh deyilsiniz, amma bu ailə də qurban olmamaldır) evsiz qalmamalıdır. Hara gedəcək bu ağsaçlı ana və ağsaqqal ata? Onlar Ermənistandan qaçqın düşmüş insan kimi, bir dəfə evlərini itiriblər və illərlə zəhmətdən sonra aldıqları bu evdən başqa da nə evləri nə də gedə biləcəkləri bir yer var. Ölkəmizin 1-ci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın bu ailələrlə görüşündə dediyi sözlər, önəmli mesajlar hamımızın yaxşı yadımızdadır. Bu ailələrə hər bir çətinlikdə yardım olmalıyıq.
"Para" BOKT ASC rəhbərliyi!
Bu gün həyatımdakı ən ağır günlərdən birini yaşayıram. Çünki bir şəhid anasnını 1 saata yaxındır ki, dayanmadan axan gözyaşları dayandırmaq üçün çarələr axtarırıq. Və axan hər damla üçün utanırıq. O gözyaşlarını dayandırmaq sizin əlinizdədir. Və ümid edirəm ki, siz müqəddəs Ramazan ayında o gözləri sevindirmək üçün ciddi addımlar atacaqsınız. Şəhidmiz milyonlarla pulla alına bilməyəcək qədər böyük fədakarlıq edib. Canını qurban edib. Mənim, Onun, Sizin üçün!"

Qeyd edək ki, "Para" BOKT bir müddət əvvəl ləğv edilən "Parabank"ın yerində yaradılıb. Ona lisenziya Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu ilin əvvəlində verilib.



Xəbər 2318 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +