FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


13.04.2017  16:03 

Beynəlxalq Bank hesabat yaydı: 90 milyon manat...





A+  A-

Azərbaycan Beynəlxalq Bankı 2017-ci ilin 1-ci rübünü 90 milyon. manat mənfəətlə başa vurub.
Rübün yekunlarına əsasən, bankın faiz və əməliyyat gəlirləri 218 mln. manat, xərcləri isə 136 mln. manat olub.

Bu haqda Bankın mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumatda bildirilib.
Bank fəaliyyətindən əldə edilən gəlirlərin artırılması məqsədilə bir sıra məhsul və xidmətlərin maya dəyəri yenidən qiymətləndirilib. Tarif dərəcələrinə dəyişikliklər edilib, kreditlər üzrə faiz dərəcələrinə yenidən baxılıb. Nəticədə, 2017-ci il üzrə bankın əməliyyat gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24%, riteyl kreditlər üzrə faiz gəlirləri isə 11% artıb.

Rüb ərzində biznes proseslərin avtomatlaşdırılması, müxtəlif xərclərin optimallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bankın filial şəbəkəsinin optimallaşdırılmasına başlanıb. İnsan resurslarından səmərəli istifadə məqsədilə müvafiq tədbirlər görülüb. Bütün bunların müsbət nəticəsi kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə inzibati xərclərdə 14% və ya 3,4 mln. manat qənaət edilib.

Ümumilikdə, 2017-ci ilin sonuna olan gözləntilərə əsasən, 2016-cı ilin yekunları ilə müqayisədə inzibati xərclərə 48 mln. manat, komisyon xərclərə isə 11 mln. manat qənaət proqnozlaşdırılır.

Bankın korporativ idarəetmə strukturunun daha da təkmilləşdirilməsi, daxili nəzarət və risklərin idarə edilməsi sisteminin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövr ərzində kredit siyasəti sərtləşdirilib, müəyyən risk potensialına malik layihələrin maliyyələşdirilməsi dayandırılıb, kreditləşmə məhdud çərçivədə daha aşağı riskli məhsullara yönəldilib. Kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə problemli kreditlər üzrə iş yenidən qurulub, eyni zamanda korporativ müştərilərlə iş sahəsində yeni yanaşmalar tətbiq edilib.

Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının müştərək dəstəyi ilə Bankın sağlamlaşdırılması tədbirləri davam etdirilir.

Xəbər 2117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +