Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


10.02.2020  11:37 

Ağzınız quruyursa... — 5 TƏHLÜKƏLİ SƏBƏB





A+  A-

İnsan kifayət qədər su içir, lakin buna baxmayaraq ağızda daim quruluq hiss edirsə, bu ciddi xəstəliklərə işarə edə bilər.
XəzərNews.az saglamolun.az-a istinadən bildirir ki, ilk növbədə bu halda qanda şəkərin səviyyəsini yoxlamaq lazımdır. Ağızda quruluq, keçməyən susuzluq hissi, sidik ifrazının artması, dəridə yaraların gec sağalması, cinsiyyət orqanlarında qaşınma şəkərli diabetin inkişafına işarə edə bilər.

Bundan əlavə ağızda quruluq "zob" xəstəliyi olan tireotoksikozun əlaməti ola bilər. Ağızda quruluqdan əlavə tireotoksikozun digər əlamətləri arasında: əsəbilik, əllərin əsməsi, ürək döyünməsinin artması, çəkinin azalması və s.
Sinir sistemi xəstəlikləri (depressiya, nevroz, Alsheymer xəstəliyi və s.) zamanı da insan ağızda quruluq hiss edə bilər.

Autoimmun xəstəliyi olan Şeqren sindromu ağız və göz quruluğu ilə özünü büruzə verir.

Qanazlığı və vitamin (xüsusilə A vitamini) çatışmazlığı zamanı da digər simptomlarla yanaşı ağızda quruluq ola bilər.

Xəbər 1538 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +