Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu





A+  A-

Mətbuat Şurasında jurnalist Seymur Verdizadənin 50 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, gənc yaşlarında jurnalist fəaliyyətinə başlamış S.Verdizadə ötən müddətdə həm müxtəlif aktual məsələlərə dair yazıları və müsahibələri, həm də vətəndaş mövqeyi ilə populyarlaşıb, istər cəmiyyətdə, istərsə də həmkarları arasında hörmət qazanıb. Şura sədri yubilyarı müasir dövrdə jurnalist sözünə ictimai motiv qazandırmağı bacaran qələm sahiblərindən biri kimi xarakterizə edib və bildirib ki, bu status Verdizadənin peşəsinə sadiqliyindən və zəhmətsevərliyindən qaynaqlanır. R.Məcid bütün bunlara görə yubilyarın MŞ-nin diplomu ilə təltif olunduğunu diqqətə çatdırıb və diplomu ona təqdim edib.

XəzərNews.az xəbər verir ki, toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli, Yadigar Məmmədli və Azər Həsrət, həmçinin "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Metbuat.az" saytının baş redaktoru Ramil Mirzəyev, Şuranın Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri və MŞ-nin icraçı katibinin müavini İlqar Tağıyev Seymur Verdizadənin peşəkar jurnalist fəaliyyətinin, eləcə də keçdiyi həyat yolunun müxtəlif məqamlarından söz açaraq ona uğurlar arzulayıblar.

Qeyd edək ki, Seymur Vaqif oğlu Verdizadə 9 aprel 1975-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1998-ci ildə Ankaradakı Qazi Universitetinin Tarix fakültəsini bitirib. 1998-2024-cü illlərdə "Bu gün", "Reytinq" və digər mətbuat orqanlarında, "Yeni sabah.az" saytında müxbir, redaktor, məsul katib və baş redaktor vəzifələrini tutub, "Qafqazinfo.az", "Modern.az", "Baku.ws", "Moderator.az", "Missiya.az" saytlarında müəllif yazıları ilə çıxış edib. O, eyni zamanda, ATV, Xəzər TV, Space TV və ARB TV telekanallarında yayımlanan verilişlərin eksperti olub. Yubilyarın rəhbərlik etdiyi Jurnalist Araşdırmaları Mərkəzi media fəaliyyətinin müxtəlif məsələləri ilə bağlı çoxsaylı layihələr icra edib. S. Verdizadə hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və kommunikasiya şöbəsində çalışır.





Xəbər 2316 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +