“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


01.04.2017  13:51 

Elmi dərslikdəki dini motivlər etiraza səbəb oldu





A+  A-

“Təhsil Nazirliyi Tədris Resurslarının İdarə Olunmasının Məlumat Sistemində 10-u siniflər üçün yeni Coğrafiya dərsliyini müzakirəyə açıb”.
Bu haqda fizik Yalçın İslamzadə bildirib.

O, dərslikdə elmi yanaşmalarla uzlaşmayan məqamları yer aldığını vurğulayıb:

“Ötəri baxmaqla burada ciddi səhvlər olduğu görünür. Məsələn, sitata baxaq:
"Zaman-məkan daxilində sonsuz böyük sıxlığa, nəhəng enerjiyə malik kiçik kütlə-kainatın nüvəsi yaranmış və "Böyük Partlayış" baş verib".

Böyük Partlayış zaman-məkan daxilində baş verməyib, zaman-məkan böyük partlayışla yaranıb. Partlayışdan əvvək bildiyimiz zaman-məkan anlayışı olmayıb.

Digər sitat: "Onun (Stiven Hokinqin) fikrincə, qalaktikalar bizdən uzaqlaşır və Kainat genişlənir"
Kainatın genişlənməsini Hokinqdən çox əvvəl irəli sürüblər və Habbl müşahidə edib”-deyə Yalçın İslamzadə söyləyib.

Fizik onu da bildirib ki, kitabda dini motivli baxışlarda da yer alır:

“Sitat: "Son illərdə Yerin yaranmasının dini kitablardakı təsviri alimlərin diqqətini cəlb edir". Yalandır, alimlərin diqqətini cəlb etmir, din təbliğatçıları belə iddalarla elmi öncələməyə çalışırlar.
3-cü fəslin girişinə, sekulyar dövlətdə, elmi kitabda dini kitablardan referanslar veriblər.

“Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur!” (“Hud” surəsi, 7-ci ayə). Kainat haqqında Quranda
verilmiş fikirlər bu gün elm tərəfindən təsdiq edilir.”

Astronomiya dərsliyində də “ulduzlar qaranlıqda yolunuzu tapmanız üçün yaradıldı” sitatını versinlər. Dərsliklər strateji əhəmiyyətə sahibdir. Düşünürəm ki, belə dərslik elmin və sekulyar dövlətin prinsiplərinə ziddir və təsdiqlənməməlidir”.

http://trims.edu.az/site/resource.php?id=601

(modern.az)

Xəbər 2170 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +