Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


20.12.2023  16:12 

“Onlar təhlükəsizlik zəmanəti görmürlər” - Kostanyan





A+  A-

Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bəyan edir, lakin təəssüf ki, söz kifayət deyil, hərəkətə ehtiyac var.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan BBC-yə müsahibəsində deyib.

O, müsahibəsində İrəvan-Bakı münasibətlərinin həlli prosesinə və Cənubi Qafqazdakı hadisələrə toxunub.

“Fakt budur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin təklif etdiyi prinsiplərə əsaslanan sülh müqaviləsini başa çatdırmaqdan çəkinir”, - deyən nazir müavini əlavə edib ki, Azərbaycan tərəfi əvvəllər dəfələrlə münasibətlərin həllinə yönəlmiş danışıqlarda iştirakdan imtina edib.

Kostanyanın sözlərinə görə, Ermənistan tərəfi sülhün bərqərar olmasına, bu istiqamətdə müzakirələrin aparılmasına və qonşu Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir. O hesab edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımalıdır, bu məsələdə qeyri-müəyyənlik ola bilməz.

“Alma-Ata bəyannaməsinə uyğun olaraq dəqiq sərhədə malik olmaq lazımdır. Həmçinin ölkələrin suverenliyini nəzərə alacaq və onlara hörmət edəcək nəqliyyat kommunikasiyalarının açılması prinsiplərini razılaşdırmaq lazımdır”, - deyə Ermənistan xarici işlər nazirinin müavini bildirib.

Kostanyan Azərbaycan tərəfinin Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərin öz evlərinə qayıda biləcəyi, Bakının onların təhlükəsizliyini təmin etməyə hazır olduğu barədə bəyanatlarına da münasibət bildirib: “Onlar təhlükəsizlik zəmanəti görmürlər, özünüz nəticə çıxarın”.

Nazir müavini onu da əlavə edib ki, Azərbaycanın həmin şəxslərin geri qayıtmaq hüququnu təmin etməyi öhdəsinə götürür.

Xəbər 1297 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +