Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


27.03.2019  11:58 

“İrşad Electronics”in “zəmanət fırıldağı”





A+  A-

Tanınmış jurnalist Natiq Muxtarlı “İrşad Electronics”i fırıldaqçılıqda ittiham edib.
XəzərNews.az xəbər verir ki, “İrşad Electronics”dən zəmanətlə telefon alan jurnalist problemlə qarşılaşıb: “Üç aydan sonra telefonda problem yarandı. Müraciət etmişik, telefonu qəbul ediblər və bildiriblər ki, 4-14 gün müddətində təmir olunacaq, ya da yenisi ilə əvəzlənəcək. Düz 14 gündən sonra çağırır və sökülüb-dağılmış vəziyyətdə olan telefonu göstərib deyirlər ki, telefon fiziki zədəyə məruz qalıb, 120 manat verin, təmir edək”.
Jurnalist əlavə edib ki, bayram günlərində əsəbləri “İrşad Electronics”in əməkdaşları ilə söhbətdə xeyli pozulub: “Və bu söhbətlərdə əmin oldum ki, bu şirkətin bütün işçiləri – rəhbərindən tutmuş, ustasına qədər dələduzluqla məşğuldurlar”.

Məsələ ilə bağlı “İrşad Electronics”lə əlaqə saxladıq. Telefonumuza cavab verən operator bildirdi ki, yalnız istehsalçı tərəfindən qaynaqlanan problemlər zəmanət talonuna uyğun olaraq təmir edilir: "Şirkətimiz tərəfindən satılan mobil telefonlara 1 il rəsmi zəmanət verilir. Müştəri məhsulu aldıqdan 14 gün sonra dəyişdirə və ya qaytara bilər. Bu müddət başa çatdıqdan sonra isə məhsulda istehsalçı tərəfindən yaranan hansısa problem olarsa həmin məhsul təmir edilərək müştəriyə qaytarılır. Əgər problem müştəri tərəfindən qaynaqlanıbsa bu zaman müəyyən ödəniş edildikdən sonra məhsul təmir edilir.
Bundan əlavə qəbul şöbəmiz problem olan məhsulu qəbul edir və diaqnostika şöbəsinə göndərir. Həmin məhsul diaqnostika edildikdən sonra müştəriyə məlumat verilir"

Xəbər 1789 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +