Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


07.09.2017  13:04 

Aygünün konsertini nazirlik maliyyələşdirir? - Açıqlama





A+  A-

Sentyabrın 22-də "Baku Crystal Hall" səhnəsində xalq artisti Aygün Kazımova solo konsert keçirəcək. Konsertin adı “Aygün Kazımova-30 il” adlanır. Artıq afişalarda konsertlə bağlı elanlara rast gəlmək mümkündür. Lakin diqqət çəkən məqam konsertin İdman və Gənclər Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacağı anonsunun verilməsidir.
XəzərNews.az xəbər verir ki, modern.az saytı məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında məsələni belə izah edib.

“Aygün Kazımova Azərbaycanın xalq artistidir, tanınmış sənətçidir. Sadəcə, konsertlərinin hazırlığı ilə bağlı Gənclər və İdman Nazirliyi təmannasız şəkildə Heydər Əliyev adına İdman konsert kompleksində məşq etməsi üçün şərait yaratdı. Aygün Kazımova təmənnasız olaraq istədiyi qədər işçiləri ilə orada məşq edib. Bunun qarşılığı olaraq Gənclər və İdman Nazirliyinin adı konsertin elan lövhələrində əks olunmuşdu.

Belə yazılmışdı ki, “konsert İdman və Gənclər Nazirliyinin dəstəyi ilə həyata keçirilir”. Təbii ki, biz bunu qəbul edə bilməzdik. Çünki dövlət qurumuyuq. Heç bir konserti maliyyələşdirmirik. Aygün xanımın da bu jestini və bizə olan münasibətini yüksək qiymətləndiririk. Amma dəstək başqa məna ifadə edir. Sadəcə olaraq, Heydər Əliyev adına İdman konsert kompleksində təmənnasız məşqləri üçün şərait yaratdıq. Özünə də deyildi ki, bu, bizim tərəfdən qəbul oluna bilməz.

Ona görə də xahiş etdik ki, başlıq çıxarılsın. Artıq dünəndən konsertin təşkilatçıları imkan daxilində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə başlığını afişalardan çıxarıblar. Bir daha deyirik ki, Aygün xanımın təşəbbüsünü yüksək qiymətləndiririk”.

Xəbər 1502 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +