Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


23.04.2021  12:18 

ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtondadır





A+  A-

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan yeni administrasiya ilə məsləhətləşmə üçün paytaxt Vaşinqtondadır.
XəzərNews.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verib.

“Bu səhər Moskvada hava çox möhtəşəm idi. Geri qayıtdığım üçün xoşbəxtəm, ailəmi görməyi və rəhbərlikdəki həmkarlarımla görüşməyi səbirsizliklə gözləyirəm”,- deyə Sallivan Dallas Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.

C. Sallivan yaxın həftələrdə Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydenin planlaşdırılan görüşündən əvvəl Moskvaya dönəcəyini bildirib.

Xatırladaq ki, aprelin 16-sı Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın ABŞ-ın Rusiyadakı səfiri Con Sallivana “Vaşinqtona getməyi və orada ətraflı, ciddi məsləhətləşmələr aparmağı” tövsiyə etdiyini açıqlamışdı.

Xəbər 2168 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +