Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


10.02.2020  15:49 

ABŞ qoşunlarını İraqdan çıxarmağa başladı





A+  A-

ABŞ qoşunlarını İraqdan çıxarmağa başlayıb.
XzəərNews.az xəbər verir ki, bu barədə “Əl Arabiya” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu 15 bazanı tərk edir. Bağdad və Vaşinqton rəsmiləri hələ bu məlumatı şərh etməyiblər.

Telekanal, həmçinin Fransa, Almaniya və Avstraliyanın İraq hökumətinə qoşunların ölkədən çıxarılması üçün sorğu göndərdiyini yazıb.

Qeyd edək ki, yanvarın 5-də İraq parlamenti bütün xarici qoşunların ölkədən çıxarılmasına qərar verib. Hazırda ABŞ, İngiltərə, Fransa, Almaniya və digər ölkələrin hərbi qüvvələri var. ABŞ bu qərardan məyus olduğunu bildirib.

Qoşunları çıxarmaq qərarı yanvarın 3-də ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsindən sonra qəbul edilib. Generalın aradan qaldırılması əmri şəxsən ABŞ Prezidenti Donald Tramp tərəfindən verilib. Vaşinqton öz hərəkətlərini bundan əvvəl beynəlxalq koalisiya və Amerika səfirliyinə bir neçə hücum təşkil edildiyini səbəb gətirərək özünümüdafiə kimi izah edib. Tehran generalın qətlini terror aktı adlandırıb və qisas alacağını vəd edib.

Xəbər 1739 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +