Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


04.02.2020  17:11 

Əfqanıstanda 18 ABŞ generalı öldürüldü - İDDİA





A+  A-

Yanvarın 27-də Əfqanıstanda vurulan təyyarədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) “Qüds” qanadının komandiri, İraqda öldürülən general Qasım Süleymaninin qətlinin təşkilatçısı da daxil olmaqla 18 ABŞ generalı olub.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Təyyarəni “Taliban” silahlıları vurub və göyərtədəki şəxslərin hamısı ölüb. Agentlik iddia edir ki, Əfqanıstanda öldürülən ABŞ generalları arasında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) “Əyatulla Mayk” ləqəbli Maykl Dandria adlı nümayəndəsi də olub.

O, Kəşfiyyat İdarəsinin İran üzrə rəhbəri vəzifəsini tuturdu. M.Dandria həmçinin general Qasım Süleymaninin qətlinin təşkilatçısı sayılır.

M.Dandrianın ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qanadının komandiri, general Qasım Süleymani bu il yanvarın 3-ü ABŞ-ın raket zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülüb.

Xəbər 1440 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +