Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


05.03.2024  13:06 

Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının növbəti iclası keçiriləcək





A+  A-

Yaxın vaxtlarda Bakıda Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının növbəti iclası keçiriləcək.

Xəzərnews.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Astanada keçirilən Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasında qeyd olunub.

İşgüzar Şura çərçivəsində sıx əməkdaşlığın, həmçinin ticari-iqtisadi əməkdaşlığın stimullaşdırılması tədbirlərinin, Qazaxıstan şirkətlərinin Ələt Azad İqtisadi Zonasına (AFEZ) cəlb edilməsi, habelə AFEZ ilə Qazaxıstanın azad iqtisadi zonaları arasında qarşılıqlı əməkdaşlığın qurulmasının bu göstəricilərin artırılmasına töhfə verəcəyi qeyd olunub.

İclasda Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texnologiya parklarında birgə istehsalın təşkili, Ələt limanında taxıl terminalının inşası, gəmiqayırma sektorunda əməkdaşlıq üzrə məsələlər, qazax şirkətlərinin azad edilmiş ərazilərdə layihələrdə iştirak imkanları nəzərdən keçirilib. Füzulidə 600 şagird yerlik “Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi”nin inşası, həmçinin xəstəxananın tikintisinin planlaşdırılması yüksək qiymətləndirilib.

Bildirilib ki, indiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon ABŞ dolları, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon ABŞ dolları investisiya yatırıb.//Report

Xəbər 1155 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +