Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


30.08.2024  12:46 

Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov





A+  A-

“Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq sentyabrın 1-də Milli Məclisə növbədəkənar seçkilər ölkənin bütöv ərazisində keçiriləcək. Bu, tarixi və mühüm əhəmiyyət kəsb edən bir hadisədir”.

Xəzərnews.az Diaspora.TV-yə istinadən xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov deyib.

E.İbrahimov bildirib ki, azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi Azərbaycanın bu torpaqlardakı suverenliyinin və ərazi bütövlüyünün bərpa olunduğunu bir daha təsdiqləyir.

“Torpaqlarımız işğal altında olanda ölkənin müxtəlif yerlərində məskunlaşmış vətəndaşlarımız səsvermə hüququndan istifadə edirdi. İndi isə “Böyük Qayıdış” dövlət proqramı əsasında azad olunmuş ərazilərimizə qayıdan sakinlərimiz Şuşada, Füzulidə, Zəngilanda, Laçında, Xankəndidə və başqa azad olunmuş ərazilərimizdə səsvermə hüququndan istifadə edəcəklər. Sevindirici hal odur ki, azad olunmuş ərazilərimizdən deputat seçilmək istəyən namizədlər öz təşviqat kampaniyalarını elə həmin ərazilərdə keçirirlər. Qalib, günü-gündən inkişaf edən ölkənin vətəndaşları olaraq bütün suveren ərazilərimizdə seçkilərin keçirilməsi həqiqətən də qürurvericidir”, - deyə E.İbrahimov qeyd edib.

Diaspor nümayəndəsi sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərin beynəlxalq aləmdə də diqqətlə izlənildiyini vurğulayıb:

“Artıq dünyada söz sahibinə çevrilən Azərbaycanın siyasi həyatında baş verən mühüm hadisələr dünyanın hər yerində diqqəti cəlb edir. Seçkiləri xaricdə yaşayan Azərbaycan diasporu da yaxından izləyəcəklər. Çünki ilk dəfədir ki, işğaldan azad edilən torpaqlarımızda da seçkilər keçiriləcək. Bu da hər bir soydaşımız üçün qürur məsələsidir”.

Xəbər 5568 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +