Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


16.03.2018  17:03 

Elmira Axundova: “1500 manat kompensasiya azdır“





A+  A-

Qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş “Sovetski” ərazisində və ətrafda yerləşən binalarla bağlı manatın devalvasiyaya uğradığını nəzərə alaraq, gözləmək olardı ki, hökumət kompensasiyanı bir qədər artıracaq.
Lakin hələ də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur - 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin.

XəzərNews.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı deputat Elmira Axundova çıxış edib.

E.Axundova bildirib ki, belə təcrübədən artıq istifadə olunub.

“Bildiyimə görə, dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar.

O ki qaldı nisbətən böyük evlərin sahiblərinə, yəni evinin sahəsi 60-80 kvadrat metrdən yuxarı olanlara, onlara verilən kompensasiyanın həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Bu, sosial cəhətdən ədalətli olardı”, - deyən o əlavə edib.

Xəbər 6672 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +