19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


10.04.2025  12:53 

“Sea Breeze”da fəhlə ustanı bıçaqladı





A+  A-

“Sea Breeze” yaşayış kompleksində usta ilə fəhlə arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

XəzərNews.az "Müsavat"a istinadən xəbər verir ki, Araz adlı fəhlə ustası Elvini bıçaqlayıb. Buna səbəb tərəflər arasında pula görə yaranan mübahisə zamanı söyüş söyülməsi olub.

Belə ki, Araz “Sea Breeze”də Mayis və Elvin adlı rəngsaz ustaların yanında fəhlə kim işləyib. Son işinə görə Mayis ustadan 100 manat alacağı olub. Buna görə Elvinə də zəng edib. Elvin pula görə ona zəng etməməsini deyib və telefonda mübahisə ediblər. Onlar “Neftçilər” metrostansiyasının yaxınlığında görüşərək təkrar mübahisə ediblər. Onları ətrafda olan şəxslər sakitləşdirib.

Bir müddət sonra onlar “Sea Breeze”də rastlaşıblar və təkrar mübahisə ediblər. Mübahisə zamanı Araz Elvinə iki bıçaq zərbəsi vurub.

Araz ifadəsində ruhi xəstə olduğunu deyib. Elvin isə təqsirləndirilən şəxsi bağışladığını bildirib.

Məhkəmə Arazı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilərək 6 il azadlıqdan məhrum edib.

Xəbər 1763 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +