Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


20.07.2023  11:26 

Erkin Qədirli bu halda deputat mandatından imtina edəcək





A+  A-

"REAL-ın qeydiyyatını əsassız olaraq ləğv etsələr, dərhal Erkin Qədirli deputat mandatından imtina edəcək. Bu, REAL-ın qərarıdır. Partiyaya qarşı təzyiqə, qeydiyyatımıza əngələ bu yolla cavab verəcəyik".

XəzərNews.az xəbər verir ki, bu barədə REAL Siyasi Komitəsinin üzvü Natiq Cəfərli AYNA-nın suallarını cavablandırarkən deyib.

"Bununla da Erkin bəy Avropa Şurasındakı təmsilçiliyini itirəcək. 20 ildən sonra ilk dəfədir ki, Avropa Şurası Parlament Assambleyasında səsverməyə iqtidar nümayəndələri ilə eyni yanaşmayan deputatımız var. Məsələn, Ukrayna məsələsində Rusiyanın əleyhinə səs verən Erkin bəy idi. Hansı ki, bu, Avropada geniş əks-səda yaratmışdı. Bundan başqa, AŞPA-da kvotalara görə yox, Erkin özünün fəaliyyətinə görə Prosedurlar Komissiyası kimi çox vacib komissiyaya sədr müavini seçilib. Bu, uzun illərdir Azərbaycanın nail olmaq istədiyi məsələ idi ki, Erkin bunu bacardı", - Cəfərli bildirib.

Komitə üzvü qeyd edib ki, REAL-ın bir deputatının fəaliyyəti Azərbaycana əlavə dividendlər qazandırıb:

"Erkinin deputat mandatından imtina etməsi kimi məsələnin riskini hakimiyyət gözə almalıdır. Əgər REAL-ın qeydiyyatını saxlamasalar, mandatdan imtina Avropa və dünya mediasında geniş ajiotaja səbəb olacaq".

Xatırladaq ki, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov daha öncə Ədliyyə Nazirliyindən REAL partiyasına rəsmi cavab gəldiyini bildirib. Cavabda partiyanın siyahısında cəmi 463 nəfərin adı keçərli olduğu bildirilib.



Xəbər 1188 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +