Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


11.05.2024  13:55 

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək





A+  A-

Sabah İtaliyanın Roma şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) 4-cü Forumu öz işinə başlayacaq.

Xəzərnews.az Diaspora.TV-yə istinadla xəbər verir ki, xəbər verir ki, Forumun əsas mövzusu "Azərbaycan diasporu qlobal informasiya müharibəsində: reallıqlar, vəzifələr” olacaq.

Dünyanın 20-dən çox ölkəsindən diaspor nümayəndələrinin qatılacağı Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətin qəbul olunacağı gözlənilir.

Bundan əlavə, Forumda “Azərbaycan qlobal informasiya müharibəsinin məcburi iştirakçısı kimi: 44 günlük Vətən müharibəsindən əvvəl və sonra”, “Azərbaycan diasporu qlobal informasiya savaşının ön cəbhəsində: real vəziyyət, vəzifələr və planlar” mövzularında məruzələr dinləniləcək.

Forumda həmçinin, “DABF-ın təhsil layihəsi” və “Fondun yeni proqram təminatının yaradılması” layihələri təqdim olunacaq.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) 1 il əvvəl - 2023-cü il, 13 may tarixində İsveç Krallığının paytaxtı Stokholm şəhərində təsis edilib. DABF-ın təsis toplantısında İsveç, Almaniya, Türkiyə, Noderland, Böyük Britaniya, Norveç, İtaliya, Kanada, Ukrayna, Polşada (birbaşa), Avstriya, BƏƏ, Monteneqro, Qazaxıstan, Gürcüstan, Estoniya, ABŞ və Seneqalda (onlayn) fəaliyyət göstərən diaspor rəhbərləri, ictimai xadimlər iştirak edib.

Təsis toplantısında Fondun 21 nəfərdən ibarət İdarə Heyəti formalaşıb. Ötən 1 il müddətində Fondun sıraları daha da genişlənib.

Xəbər 4825 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +