Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


27.08.2020  18:36 

İbtidai siniflərdə dərslər belə olacaq





A+  A-

“Sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, ibtidai sinifdə təhsil alan şagirdlərin tədrisə əyani şəkildə başlaması planlaşdırılır:

“Amma bu həftədə iki və ya üç dəfə olmalıdır. Epidemioloji situasiya imkan verərsə, ibtidai siniflərin həftədə üç dəfə, əgər yoluxma sayı çoxalarsa, iki dəfə gəlməsini təklif edirik”. Nazir əlavə edib ki, ibtidai təhsil pilləsində 650 min uşağın təhsil almasından söhbət gedir. Bu rəqəmin təxminən 250 min ətrafında olan hissəsi isə Bakı, Sumqayıt və Abşeron ərazisinin payına düşür. Nazir həmçinin bildirib ki, məktəbəhazırlıq qruplarında 120 minə qədər uşağın təhsil alacağı gözlənilir:

“Ötən illərdə bu səviyyədə təhsil oktyabr ayının 1-də başlayırdı və uşaqlar həftədə 4 dəfə olmaqla məktəbə gedirdilər. Uyğunlaşdırılmış modeldə də biz bu qruplarda tədrisi oktyabr ayının 1-dən başlamağı planlaşdırırıq. Amma sinifdaxili sıxlığı azaltmaq üçün qruplar iki yerə bölünməli və hər qrup həftədə iki dəfə məktəbə gəlməlidir. Bu rejimdə noyabr ayının 2-dək işləyə bilsək, bu təhsil alanlar üçün də, təhsil verənlər üçün də uğur hesab edilə bilər”.

Xəbər 2172 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +