Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq


21.02.2022  20:27 

Bu Maykl Kuperdir....





A+  A-

44 günlük İkinci Qarabağ savaşında birmənalı olaraq erməniləri dəstəkləyən Kanada adlı qeyri-dost ölkənin parlamentindən birdən-birə bir gənc deputat irəli çıxıb ermənilərə qarşı əks mövqedən çıxış edir və Xocalı soyqırımının törədilməsində Ermənistanı ittiham edir.

Bu Maykl Kuperdir.

Onun çıxışı ötən həftə erməniləri həddindən artıq qəzəbləndirən bir çıxış kimi yadda qaldı.

Bəs bu çıxışdan sonra nə baş verdi?

Kanadanın Mühafizəkarlar Partiyasının üzvü olan 37 yaşlı bu deputatın parlamentdəki ifşaedici çıxışından sonra Kanadadakı ən böyük erməni lobbi təşkilatlarından biri olan Erməni Milli Komitəsi dərhal hərəkətə keçir və M.Kuperə qarşı, Azərbaycana qarşı piar-kampaniyaya başlayır, "Kanadada Azərbaycanın təbliğatı aparıla bilməz!" deyə Kanada hökumətinə ultimatum verir.

Bununla da kifayətlənməyən azğın ermənilər Azərbaycanın haqlı mövqeyini müdafiə edən M.Kuperi sosial şəbəkələrdə linç etməyə başlayıblar.

Əlbəttə, Maykl Kuper Kanada parlamentinin kürsüsündən həmin çıxışını edərkən ermənilərin ona qarşı hücuma keçəcəyini də yəqin ki, gözə almışdı. Lakin M.Kuper hər nə qədər cəsarətli, özünəinamlı olsa da, onu müdafiə etmək bizim də boynumuzun borcudur.

Bəybala Mirzəyev

Xəbər 1880 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +