Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


08.08.2021  13:18 

Yaponiyaya iki qasırğa yaxınlaşır, əhaliyə xəbərdarlıq edildi





A+  A-

Bu gün “Mirine” və “Liput” tropik qasırğaları Yaponiyaya doğru hərəkət edir.
XəzərNews.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında “Mirine” qasırğası Yaponiyanın şərq sahillərinə çatıb. “Liput” qasırğasının isə həmin gün axşam saatlarında Kyüşü adasına çatacağı gözlənilir.

Qeyd olunub ki, Kanto regionuna yaxınlaşan “Mirine” qasırğası buraya güclü yağışlar, ildırım çaxması və külək gətirib. Saatda 25 kilometr sürətlə hərəkət edən qasırğanın mərkəzində küləyin sürətinin saatda 126 kilometrə çatdığı qeyd edilir. Onun şimal-şərq istiqamətində hərəkətini davam etdirəcəyi proqnozlaşdırılır.

Bazar günü səhər saatlarında qasırğanın yaxınlaşdığı Çiba prefekturasının bəzi rayonlarında təxliyə xəbərdarlığı elan edilib.

Həmin gün axşam Kyüşü adasına çatacaq “Liput” qasırğasının da özü ilə güclü külək və yağış gətirəcəyi gözlənilir. Meteoroloqların bildirdiyinə görə, Yaponiyanın qərbində də leysan yağışları yağacağı və ildırım çaxacağı proqnozlaşdırılır. Çaylarda suyun səviyyəsinin qalxması səbəbindən ərazidə daşqınlar və torpaq sürüşmələri barədə əhaliyə xəbərdarlıq edilib.

Xəbər 2076 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +