Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


30.11.2022  14:50 

Təhlükəsizlik Xidməti ruslara “işləyən” qadını həbs etdi





A+  A-

Ukraynanın Təhlükəsizlik Xidməti Vinnitsada Xerson vilayətinin Berislav sakinini ifşa edib. Bəlli oliub ki, şəhər ruslar tərəfindən ələ keçirildikdən sonra həmin qadın ruslarla fəal əməkdaşlıq edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat şöbəsi məlumat yayıb.

Qadın ATO iştirakçılarının və digər vətəndaşların siyahılarını rus “hərbi komendantlığına” verib. Bundan da ruslar kütləvi basqınlar və adam oğurluqları həyata keçirmək üçün istifadə edib, onlardan qondarma işlərlə bağlı “etiraflar” tələb edib, rədd cavabı veriləndə isə işgəncələrə əl ataraq öldürməklə hədələyiblər.

Berislav sakini rus işğalçılarına ərazini idarə etməyə kömək edib və oranı ələ keçirmək üçün vilayətin yaşayış məntəqələrinə gedən yolu göstərib.

O, həmçinin Ukrayna hakimiyyətinin nəzarətində olan ərazidə olan ukraynalıların evlərində rus işğalçı birləşmələrinin yerləşməsinə töhfə verib. Eyni zamanda, o, hərbi texnikanın yerləşdirilməsi üçün üç şəxsi qarajdan istifadə etməyi də ruslara təklif edib.

İsmayıl Nifti
XəzərNews.az


Xəbər 901 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +