Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


05.11.2018  13:52 

Deputat maaşlarla bağlı məsələ qaldırdı





A+  A-

“Azərbaycanda təkcə büdcədən ayrılan vəsait hesabına ümumi daxili məhsulu 3 faizə qədər artırmaq olar. Necə olur ki, o qədər vəsait ayrılır ancaq ümumi daxili məhsulun 2 faiz artırılması proqnozlaşdırılır və cəmi 0,8 faiz artım var. Deməli, vəsaitdən səmərəli şəkildə istifadə olunmur. Bunu başqa cür izah etmək mümkün deyil. Ona görə də hesab edirəm ki, bu istiqamətdə monitorinqlər aparılmalıdır”.
XəzərNews.az-ın məlumatına görə, bunu deputat Əli Məsimli Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı keçirilən birgə iclasında deyib.

Deputat bildirib ki, Azərbaycan büdcəsi və iqtisadiyyatının sosial blokla yetərincə əlaqəsi yoxdur. “Büdcədə artımlar var. Ancaq necə olur ki, Cənubi Qafqazın iqtisadiyyatın 3-də 2-ni təşkil edən Azərbaycanda minimum əmək haqqı başqalarından aşağıdır. Bu, heç bir məntiqə sığan bir şey deyil. Bu, Hesablama Palatasının rəyində də öz əksini tapıb. Azərbaycan vətəndaşlarının gəlirlərinin strukturu analiz olunmalıdır. Çünki büdcədə əmək haqqının payı çox aşağıdır. Neçə ildir ki, Azərbaycanda inflyasiyanın artım tempi əhalinin gəlirlərini üstələyir. İndiyə qədər əmək haqqının artımı inflyasiyanı kompensassiya etməyib. Bununla bağlı ciddi analizlər aparılmalıdır. Büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması istiqamətində gözə görünən, nəzərə çarpan addımlar atılsın”.

Xəbər 1528 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +