Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı


08.02.2017  13:23 

Tələbələrə yataqxana xərcləri üçün kredit verilə bilər





A+  A-


"Gələcəkdə tələbələrin yalnız təhsil haqqının ödənilməsi üçün kreditlərin verilməsi nəzərdə tutulmur. Biz bu işləri genişləndirməyi nəzərdə tuturuq. Bu, yataqxana xərcləri də ola bilər".

XəzərNews.az xəbər verir ki, məlumatına görə, bunu  “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib.

R.Mahmudun sözlərinə görə, rayonlardan gələn tələbələrlə ünsiyyət zamanı məlum olur ki, onların təhsil haqqından əlavə, yaşama yerləri ilə bağlı da çox problemləri olur: "Bu məsələyə baxılacaq. Yaxın gələcəkdə onlara hansısa tədqiqat, araşdırma işlərində də kömək edilə bilər".

R.Mahmud deyib ki, bu gün bakalavr səviyyəsi üzrə kreditlər verilir: "Amma digər təhsil dərəcələrinə görə kreditlərin verilməsi də mümkün olacaq. Təbii ki, strateji planlara görə, hansısa ixtisaslar üzrə də prioritetlər qoyula bilər".

R.Mahmud qeyd edib ki, kreditin verilməsi üçün fond tərəfindən iki pilləli seçim meyarları müəyyənləşdirilib: "Ümumi tələblər və hər bir sessiya üçün xüsusi tələblər müəyyən olunur. Kredit alan tələbə Azərbaycan vətəndaşı, tərəfdaş universitetlərin tələbələri olmalı, akademik borcu olmamalıdır.

Fond öz maliyyə risqlərini də qiymətləndirir. Buna görə də meyarlardan biri də valideynin və tələbənin hansısa bankda defolt vəziyyətinin olmamasıdır. Bu, önəmli bir faktordur. İndi təqdim olunan kreditlər üçün tələblərdən biri odur ki, valideynin illik gəliri 10 min manatdan çox olmamalıdır".



Xəbər 1225 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +