Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


26.12.2023  16:02 

“Seçkilərin favoritini dəstəkləyəcəyik” - Sabir Rüstəmxanlı





A+  A-

“Mənim prezidentliyə namizədliyimi vermək fikrim yoxdur. Partiyanın da vahid namizədi olmayacaq. Bu barədə bizim bəyanatımız var ki, yaxın günlərdə mətbuata təqdim edəcəyik”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

2003-cü il prezident seçkilərindən sonra baş tutan seçkilərdə iştirak etməyən VHP sədri 2024-cü il seçkilərində də iştirakdan imtina etməyinin səbəblərini izah edib.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bir çox siyasi partiyalar fəaliyyətə başlayıb. Müsavat və AXCP-nin seçkini boykot etməsinə baxmayaraq, parlamentdə təmsil olunan müxalif partiyaların sədrləri (BQP, MCP, BAXCP) prezident seçkilərində iştirak etmək üçün öz namizədliklərini veriblər. Hazırda prezidentliyə 8 nəfərin namizədliyi qeydə alınıb.

VHP sədri qarşıdan gələn növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyəcəyini bildirib:

“Biz Azərbaycan Prezidenti cənab İlham Əliyevi bu seçkilərin favoriti hesab edir və seçkiyə qatılmayacağıq. Seçkilərlə bağlı məntəqələrimizdə nümayəndələrimiz var. Seçkiləri müşahidə etmək üçün 500 nəfərdən artıq müşahidəçi siyahısı Mərkəzi Seçki Komissiyasına göndərilib. Eləcə də bölgələrimizdə yerləşən rayon dairələrində də müşahidəçilərimiz olacaq. Üzvlərimiz seçkilərdə fəal şəkildə iştirak edəcək, lakin VHP vahid namizəd təqdim etməyəcək”.

Xəbər 1836 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +