Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


15.02.2025  14:05 

Əliyev Vuçiçə təbrik məktubu göndərdi





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

XəzərNews.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Serbiya uzun illərdən bəri yaxın dost və etibarlı strateji tərəfdaşdılar. Yüksək səviyyəli siyasi dialoqumuz və yeni məzmunla zənginləşən əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahına töhfələr verməklə yanaşı, Qafqaz və Balkan regionları arasında əməkdaşlığın inkişafı baxımından mühüm rol oynayır.

Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.

Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz məmnunluq doğurur. Mövcud imkanlardan istifadə edərək dövlətlərarası münasibətlərimizin daha da inkişafına, çoxşaxəli əməkdaşlığımızın dərinləşməsinə nail ola bilərik.

Əminəm ki, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.



Xəbər 1262 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +