Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?
Azərbaycan kişisinin ideal qadın obrazı bunlarmı?
Rusiyada qadını öldürüb Azərbaycana gəldilər
Döyülən uşağın məsələsi böyüyür...
Tramp ABŞ-dəki ukraynalıları deport edir
Ağ Ev onlarla ilə gizli əlaqə saxlayır
Tıxaca səbəb iftar imiş... - RƏSMİ
Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb - VİDEO
Döyülən gəncin valideyinləri nə tələb edir? - VİDEO


05.02.2017  14:59 

Ermənilərin əlinə keçmiş Elnur Hüseynzadə Dağlıq Qarabağda həbs edildi





A+  A-


Fevralın 1-də müəmmalı şəkildə Talış kəndi istiqamətində ermənilərin əlinə keçmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən mühakimə olunub.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, “məhkəmə” onun barəsində 2 aylıq həbs qərarı çıxarıb. Ermənilər absurd şəkildə “azərbaycanlı diversant” kimi təqdim etdikləri E.Hüseynzadə ilə bağlı növbəti şouya başlayıblar.

Məlumata görə, qapalı müzakirələrdə azərbaycanlı girovu vəkil müdafiə edib və ona tərcüməçi ayrılıb.

Erməni tərəfinin bildirdiyinə görə, 1995-ci il təvəllüdlü Elnur Elman oğlu Hüseynzadəyə qarşı cinayət işi qaldırılıb. O, “diversiyaya cəhd”də və “sərhədi qanunsuz keçməkdə” ittiham olunur.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin iddiasını təkzib edib, onun bir neçə ay əvvəl ordudan tərxis olunduğunu bildirib.



Xəbər 1546 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq

05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“


BÜTÜN XƏBƏRLƏR +