Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək


14.02.2017  13:14 

Millət vəkili nazirliyi tənqid etdi





A+  A-

 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni etirazla qarşılayıb.

XəzərNews.az xəbər verir ki, komitə sədri məruzə ətrafında danışmaq istəmədiyini vurğulayıb: “Amma Vilayət müəllimin çıxışı məni danışmağa məcbur etdi. Komitə iclasında söylənilənlərin heç biri çıxışda yer almayıb. Bu formal münasibətdir, belə etmək olmaz. Komitədə iclasında danışılanlar müzakirə predmeti olmağa dəymirsə, onda biz komitəni niyə keçiririk ki? Keçirməyək o zaman”.

Komitə sədri subvensiya və dotasiya məsələsinə toxunub. O qeyd edib ki, dotasiyanı verirlər, nə istəyirsən et, amma həmin dotasiyanın çoxu heç bələdiyyələrə çatmayıb: “Burada başqa hallar da var. Amma subvensiya birbaşa məqsədlidir. Çox təəssüflər olsun ki, bununla bağlı məruzədə heç nə deyilmədi. 70-yə yaxın kənd bələdiyyəsi nazirliyə layihə təqdim edib, amma qəbul edilməyib. Azərbaycanda Ədliyyə Nazirliyindən başqa bələdiyyələrlə məşğul olan başqa qurum varmı? O zaman nazirlik hara baxır?”



Xəbər 1604 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +