Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək


13.02.2017  10:26 

Bəzi əlil abituriyentlər üçün qəbul imtahanının müddəti artırılır





A+  A-


Azərbaycanda görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlər üçün qəbul imtahanı müddətinin artırılması məsələsi qəbul qaydalarına daxil edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərNews.az-a verilən məlumata görə, indiyədək bu məsələ qaydalara daxil edilməmişdi. Lakin buna baxmayaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etmək istəyən görmə qabiliyyəti olmayan abituriyentlər üçün ayrıca otaq ayrılırdı və onların imtahan müddəti artırılırdı:

"Nazirlər Kabinetinin yeni təsdiqədiyi qəbul qaydalarında isə bu məsələlər rəsmiləşdirilib. Görmə qabiliyyəti olmayan abituriyentlər üçün imtahan müddətinin artırılması məsələsinin qəbul qaydalarına daxil edilməsi ali təhsil almaq istəyən belə abituriyentlərin sayının artmasına təsir göstərəcək".

DİM-dən bildirilib ki, "Ali məktəblərin bakalavriat səviyyəsinə qəbul qaydaları"na görə, görmə qabiliyyəti olmayan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

Orta ixtisas təhsili müəssisələrinə, rezidenturaya və magistraturaya qəbul imtahanının davametmə müddəti 30 dəqiqə artırılıb.



Xəbər 1469 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +