“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


06.12.2018  10:56 

Bakıda daha bir süpürgəçi qadını avtomobil vurdu





A+  A-

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
XəzərNews.az-ın məlumatına görə, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1646 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +