Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


09.09.2017  15:19 

İdmançımız Avropa çempionu oldu





A+  A-

Makedoniyanın Skopye şəhərində keçirilən Yeniyetmələrin və Gənclərin Wako versiyası üzrə Avropa çempionatı başa çatıb.
XəzərNews.az xəbər verir ki, bu yarışa 10 nəfərlə qatılan kikboksinq üzrə milli komandamız 5 medalla vətənə qayıdıb.

Komandamız 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Məhəmməd İmanov rəqiblərini məğlub edərək finala yüksəlib. Kikboksinqin full-kontakt versiyasında 51 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda rusiyalı rəqibinə böyük xal fərqi ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gümüş medallara 86 kq-da Orxan Məhərrəmov, 91 kq-da Ramiz Nadirov sahib çıxıb. 54 kq-da Elnur Qəşəmov və 60 kq-da Elşad Şahbazov bürünc medallarla kifayətləniblər.

Xəbər 1759 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +