“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


22.06.2022  19:00 

Bakıda 40-dan çox marşrut gecikmə ilə hərəkət edir





A+  A-

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələrə səbəb olmaqdadır.

Bu barədə XəzərNews.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Vahid Dispetçer Xidmətinin axşam pik saatlarına olan məlumatına əsasən şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 20 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 40-dan artıq müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalından 10-15 dəqiqə və daha artıq gecikmələr yaranıb.

Məlumata görə, intervallardakı gecikmələr dayanacaq məntəqələrində sərnişinlərin uzunmüddətli sərnişin sıxlıqlarının yaranmasına səbəb olmaqdadır.

O cümlədən, Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətindəki sıxlıq səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

Xəbər 1382 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +