Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


08.09.2020  12:26 

ABŞ-da temperatur bir gündə 33 dərəcə düşdü, qar yağdı





A+  A-

Ötən gün ərzində ABŞ-ın bəzi ştatlarında havanın temperaturu 30 dərəcə enib və güclü qar yağmağa başlayıb.
XəzərNews.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Montana və Kolorado ştatlarının bir çox şəhərlərində qütb burulğanı adlanan hava fenomeni səbəbindən havanın temperaturu qısa müddətdə 30-33 dərəcə düşüb. Belə ki, bir gün əvvəl 30-35 dərəcə istilərin hökm sürdüyü iki ştatda saatlar içində havanın temperaturunun 1-3 dərəcəyə düşməsilə qış mövsümü başlayıb.

Ani temperatur düşüşünə görə sözügedən ştatlarda qar yağmağa başlayıb.

Sentyabr ayında yağan qardan təəccüblənən ABŞ-ın digər ştatlarında olan insanlar bu əyləncəli və nadir təbii hadisəni izləmək üçün Montana və Koloradoya axın ediblər. Hadisə ABŞ sosial mediasında da gündəm yaradıb.

Bu hava fenomeninin təsirinin azalması ilə hava istiliyinin sentyabrın 10-dan etibarən mövsümi normaya yüksələcəyi gözlənilir.



Xəbər 1777 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +