Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


14.08.2019  13:37 

Qurban kəsilən yerlər dezinfeksiya olunur





A+  A-

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu gün səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbirinə başlanılıb.
XəzərNews.az xəbər verir ki, profilaktik dezinfeksiya tədbiri müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə ödənişsiz əsaslarla icra olunur. Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilir.

Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpilir, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılır.

Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilir, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunur.

Qeyd edək ki, heyvan satışı və kəsim yerlərində dezinfeksiya işlərinin avqustun 16-da yekunlaşması nəzərdə tutulur.

Xəbər 1398 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +