Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


26.04.2017  13:25 

”İnhisarçılıq aradan qaldırılmalıdır!”





A+  A-

Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi 2-ci oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur.
Milli Məclisin iclaslarının birində məsləyə parlamentin sədri Oqtay Əsədov da münasibət bildirib:

“2008-ci ildən başlanan iqtisadi böhrandan sonra iqtisadi şərtlər də dəyişib. Buna görə də Rəqabət Məcəlləsi dəyişdirilməlidir. Bunun üzərində iş gedir. Nə zaman tam hazır ediləcək, onda da Milli Məclisə daxil olacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında Rəqabət Məcəlləsinin qəbul edilməsini vacibliyindən danışıb:

“Rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək üçün mütləq Rəqabət Məcəlləsi qəbul edilməli, inhisarçılıq aradan qaldırılmalıdır. Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub”.

V.Əhmədov da bildirib ki, Rəqabət Məcəlləsi hələ Milli Məclisə daxil olmayıb.

“Rəqabət Məcəlləsi 2-ci oxunuşdan keçsə də, sonradan qanun layihəsi “yoxa çıxıb”. Hər il biz bu məsələni qaldıranda deyirlər ki, nazirlik üstündə işləyir. Amma qanun layihəsi yoxdur. Bunun nə qədər davam edəcəyini isə deyə bilmərəm”.

(modern.az)

Xəbər 1627 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +