Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


25.10.2022  11:38 

Kamran Quliyev Samir Abasovdan üzr istədi





A+  A-

İndi biz “Neftçi”nin rəhbərliyindən, konkret olaraq prezidenti Kamran Quliyevdən alicənab açıqlama eşitməliyik. Eşitməliyik ki… Hələlik bir qədər əvvələ qayıdaq. Samir Abasovun “Neftçi”yə baş məşqçi təyin olunduğu vaxta.

Abasov həmişə açıq danışıb. Elə o vaxt da deyirdi ki, heyətə əl gəzdirmək lazımdır, səviyyəli legionerlər alınmalıdır ki, həm çempionatda, həm də avrokuboklarda uğurlu olaq. Abasovun sözündən belə çıxırdı ki, rəhbərlik də ona bu vədi verib. Amma əməl etmirdi vədə “Neftçi” rəhbərliyi. Samir Abasov əlində olanlarla “Qarabağ”ı çempionluq taxtından saldı. Balaca iş deyildi. Rəhbərlik yenə də vədinə əməl etmədi. Samir Abasov da dilini dinc qoymurdu, deyirdi ki, belə heyətlə avrokuboklarda uğur qazana bilmərik. Dediyi də oldu.

Rəhbərliyin yadına verdiyi vəd düşmədi. Samir Abasov o heyətlə növbəti mövsüm gümüş medal qazandı. Yenə də böyük uğur idi. “Qarabağ” kimi bir komandanın olduğu çempionatda iki mövsüm ərzində bir dəfə qızıl, bir dəfə də gümüş medal qazanmaq asandır? Bundan artığını heç kim edə bilməzdi. Hə, avrokuboklarda yenə fiasko oldu. Onun da səbəbini demişdi Abasov və biz də artıq bilirik: rəhbərlik verdiyi vədi yerinə yetirmirdi.

Əvəzində hansı işi tutdu rəhbərlik? Dilini dinc qoymayan istedadlı yerli məşqçini qovdular. Rumıniyadan (adı dilimə yatmır) məşqçi gətirdilər, xeyli legioner də aldılar onun üçün. Nə oldu? Avrokuboklarda fiasko. Yaxşı, alibi var idi: yenidir, komandanı tam formalaşdıra bilmir.

Başa düşdük. Amma indi baş verənləri başa düşmək çətindir. “Neftçi” bu il çempionatda heç 2-ci yeri də tuta bilməyəcək. “Sabah”a qarşı keçirdiyin hər 2 qarşılaşmada məğlub olursansa, deməli, çempionluq o yana qalsın, heç 2-ci yerə də iddian yoxdur. 3-cü yer isə sənindir, “Neftçi”, götür, rəqabətin olmadığı “bürünc”ü. “Qarabağ”la rəqabətdə bir dəfə çempion olan, bir dəfə gümüş medal qazanan məşqçini qov, yerinə əcnəbi gətir, ona xeyli legioner də al, əvəzində isə heç 2-ci yeri də tuta bilmə.

İndi biz alicənab bir xəbər oxumalıyıq, əslində: “Neftçi”nin prezidenti Kamran Quliyev Samir Abasova qarşı etdikləri haqsızlığa görə ondan üzr istədi”.

Natiq Muxtarlı
Aut.az

Xəbər 1354 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +