Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


08.01.2022  10:19 

Narkotiklə tutuldular - Foto





A+  A-

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və digər tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri saxlanılıb.

XəzərNews.az DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri - Mahir Musayev, Əlimərdan Abbasov, Samir Sadıqov, Nicat Cəlilov, Asəf Məmmədov və İlham Əmrahlı saxlanılaraq polis idarələrinə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman “heroin”, “metamfetamin”, “qurudulmuş marixuana” və digər qanunla qadağan edilimiş müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Bundan başqa, araşdırmalar zamanı saxlanılan şəxslərdən İlham Əmrahlının İran vətəndaşı olan, hələlik istintaqa məlum olmayan şəxslə sosial şəbəkə üzərindən əlaqəyə girərək sonuncudan birbaşa təması olmadan bir neçə dəfə narkotik vasitə alması aşkar edilib.

Saxlanılan şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1730 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +