Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


24.06.2021  10:48 

Milyarderin həbsxanada meyiti tapıldı





A+  A-

Vergidən yayınmağa görə ötən ilin oktyabrın 3-də Barselonada tutulan və İspaniya məhkəməsinin qərarı ilə ABŞ-a ekstradisiyası planlaşdırılan milyarder, antivirus proqramçısı Con McAfee hücrəsində ölü tapılıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 75 yaşlı milyarderə həkimlər müdaxilə etməyə çalışsa da, artıq gec olub.

Onun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmasa da, intihar ehtimalının yüksək olduğu bildirilib.

Qeyd edək ki, “McAfee” avtivirusunun yaradıcısı olan milyarder 2016-2018-ci illərdə dörd milyon dollardan çox vergidən yayınmaqda ittiham olunurdu.

Bundan başqa, onun kriptovalyuta satışlarında yanıldıcı tövsiyələr verərək, 23 milyon dollardan çox pul qazandığı irəli sürülürdü.

Onun ABŞ-da altı il həbs cəzası alacağı iddia edilirdi.

Xəbər 1579 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +