Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


24.02.2020  13:26 

Çin və İran məhsullarına qoyulan qadağanın hansı təsirləri olacaq?





A+  A-

İqtisadçı ekspert Natiq Cəfərli koronavirus təhlükəsinə görə yaranan vəziyyətin iqtisadi tərəflərini şərh edib.
XəzərNews.az xəbər verir ki, N. Cəfərli bildirib ki, Azərbaycana 2019-cu ildə idxal 13 mlrd. 667 mln. dollar təşkil edib:

“Çindən təqribən 1,5 mlrd, İrandan isə 500 mln. dollara yaxın mal-məhsul idxal etmişik. İrandan sərhədyanı rayonların əl çantaları ilə daşıdıqları ərzaq, dərman bu statistikaya daxil deyil, amma sərhədyanı rayonlarımızın əhalisinin dolanışığına təsir edən əsas amillərdən biridir. Çin və İrandan ölkəyə əsasən elektrotexnika, paltar, ərzaq, aksessuarlar, tikinti materialları idxal olunur. Dəyər olaraq hər iki ölkədən idxal olunan məhsullar 2 mlrd. dollar olsa da, çeşidi çox və bazar payı yüksəkdir”.

Ekspert qeyd edib ki, koronavirusla bağlı hər iki ölkədən gətirilən məhsullara məhdudiyyət tətbiq edilib: “Virusun nə zaman nəzarət altına alınacağı da məlum deyil, deməli, hər iki ölkədən gətirilən malların bazarda azalmasını, nəticə olaraq da ölkəmizdə ciddi qiymət artımını gözləmək olar.

Koronavirusun ölkəmizə daha bir təsiri isə neft qiymətləri üzərində olur – məmləkət Nigeriyadan da betər neftdən asılıdır, qiymət 50 dollar və daha aşağı düşüb bir neçə ay həmin səviyyədə qalsa, ölkədə devalvasiya, ciddi qiymət artımı, insanların növbəti dəfə kasıblaması baş verəcək. Çünki hökumət son 16 ildə ölkənin neftdən asılılığını azalda bilmədi, faiz olaraq hələ də büdcədə, xarici ticarətdə neftin payı 15-16 il necə idisə, indi də eyni qalıb”.

Xəbər 1901 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +