Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


04.02.2019  15:21 

“Həyat məcbur etməsə, bir daha orda oynamaram” - “Qarabağ”ın futbolçusu





A+  A-

“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına danışıb.
XəzərNews.az xəbər verir ki, o, Azərbaycandakı futbol həyatından danışıb:

32 yaşlı müdafiəçi əvvəlcə komandasının Antalya toplanışı haqda danışıb: “Hazırlıq ürəyimcə oldu. Bütün yüksək liqa klubları Antalyada hazırlaşır. Yaxın otellərdə qalırdıq. Ona görə də sabiq komanda yoldaşlarımızla görüşmək imkanımız olurdu. “Qarabağ”da məndən başqa polşalı futbolçu yoxdu. Toplanış müddətində isə həmvətənlərimi görürəm. Polşadakı ilə müqayisə etsəm, burada məşqlər daha asandı. Biz Polşada olduğu kimi çox qaçmırıq. Daha çox topla davranışa üstünlük veririk. Burda məşqlər daha maraqlıdır. “Qarabağ”da çox şey öyrənirəm”.

Kuba çempionluq titulunu qorumaq istədiklərini söyləyib: “Əlbəttə, biz çempionluq titulunu qorumağa çalışırıq. Amma həm də kubokun yarımfinalındayıq. Mövsümün ilk yarısı bizim üçün ağır keçdi. Avropa Liqasının qrup mərhələsində də oynayırdıq. Bizdə çətinliklər çox oldu. Heyətdə xeyli dəyişiklik etməyə məcbur olurduq. Hər üç gündən bir meydana çıxırdıq. İndi məşqçilərimiz daha rahat seçim edə biləcək. Çünki oyun qrafiki sıx olmayacaq. Biz mövsümün ikinci yarısına tam hazırıq”.

Təcrübəli müdafiəçi komandanln avrokuboklardakı çıxışını dəyərləndirib: “Çempionlar Liqasında yolumuz çətin oldu. BATE ilə görüşdə minimal fərqlə uduzduq. Bəxtimiz gətirsəydi, BATE-ni keçərdik və növbəti mərhələdə PSV ilə qarşılaşardıq. Bu komanda isə bizə uyğun rəqib idi. Avropa Liqasının qrupunda isə güclü rəqiblərlə qarşılaşdıq. Buna sevinmək lazımdı. “Arsenal” və “Sportinq” kimi komandalar adətən Çempionlar Liqasında mübarizə aparır”.

Jezniçak bir vaxtlar Polşada çıxış etmiş komanda yoldaşları ilə yaxşı münasibətinin olduğunu, ölkəsinə qayıtmaq barədə isə düşünmədiyini deyib: “Dani Kintana, Donald Gerye və Simeon Slavçev Polşada oynayıb. Onlarla tez-tez söhbət edirəm. Biz sabiq komandalarımızın çıxışını izləyirik. Onlar bir-biri ilə qarşılaşanda bunu müzakirə edirik. Mən “Qarabağ”a gələndə Kintanadan komanda haqda soruşmuşdum. Slavçev isə mənə zəng etmişdi. Açığı, Polşa üçün heç darıxmıram. Ancaq ailəm üçün darıxıram. Mən burda əla futbol mühiti tapmışam. “Qarabağ”da hər şey yaxşıdı. Burda təzyiq “Legiya” ilə müqayisədə xeyli aşağıdır. Tez özündən çıxan fanatlar yoxdu”.

Yakub gələcək karyerası haqda bunları deyib: “6 aylıq müqaviləm var. Necə olacağını bilmirəm. Eşitdiyimə görə, klubda təcrübəli futbolçulara ən sonda təkliflər olunur. Mənə yeni təklif olunsa, bu barədə düşünərəm. Həyat məni məcbur etməsə, Polşada bir daha oynamaram. Başqa istiqamət axtarmaq istərdim”.

Xəbər 1521 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +